• Toplum
  • 30 Mart 15:41
  •  21 165

“Azərsu” ləğv olundu

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilənə qədər “Azərsu” və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər öz fəaliyyətlərini davam etdirəcəklər.

Aznews.az xatırladır ki, yeni qurum Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bazasında yaradılıb.

Adı çəkilən səhmdar cəmiyyətləri ləğv olunaraq Agentliyin tabeliyinə verilib.