Yaralılardan üçünün vəziyyətinin ağırdır. Yaralılardan üçünün vəziyyətinin ağırdır.

Qəzza zolağında toqquşma: 40 fələstinli yaralandı

Yaralılardan üçünün vəziyyətinin ağırdır.

İsrail əsgərlərinin mühasirə altındakı Qəzza zolağı sərhədində keçirilən sülhməramlı "Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxiləsi nəticəsində 40 fələstinli yaralanıb.

AzNews.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra məlumat verib.

O, xəstəxanalara aparılan yaralılardan üçünün vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, martın 30-dan etibarən blokada altındakı Qəzza zolağının İsrail sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirilir.

İsrail əsgərlərinin aksiyalara müdaxiləsi nəticəsində bu günə kimi 220-dən çox fələstinli həlak olub.

AzNews.az