“Bəziləri İŞİD-in məğlub olmadığını düşünə bilər, ancaq bu, bir həqiqətdir”. “Bəziləri İŞİD-in məğlub olmadığını düşünə bilər, ancaq bu, bir həqiqətdir”.

Pompeo Suriyadan çəkiləcəklərini Qahirədə təkrarladı

“Bəziləri İŞİD-in məğlub olmadığını düşünə bilər, ancaq bu, bir həqiqətdir”.

ABŞ-ın dövlət katibi Mayk Pompeo Suriyadan çəkiləcəklərini və İŞİD-lə mübarizəyə davam edəcəklərini açıqlayıb.

AzNews.az xəbər verir ki, Orta Şərq səfəri çərçivəsində dünən axşam Misirə gedən ABŞ-ın dövlət katibi Mayk Pompeo Misirin xarici işlər naziri Samih Şükri ilə görüşüb.

Görüşdən sonra mətbuat konfransı keçiriblər.

Bir jurnalistin Suriyadan çəkilmə ilə bağlı sualına Pompeo ölkəsinin Suriyadan çəkiləcəyini və İŞİD-in məğlub olduğunu deyib.

Suriyanın bəzi bölgələrində İŞİD-in varlığını davam etdirdiyinə işarə edən Pompeo “Bəziləri İŞİD-in məğlub olmadığını düşünə bilər, ancaq bu, bir həqiqətdir” deyə bildirib.

Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzinin internet saytında verilən xəbərə görə ABŞ komandirləri YPG/PKK başçılarına Münbiç və Fəratın şərqindəki bölgələrdən çəkiləcəkləri ilə bağlı məlumat verib.

ABŞ-ın Suriyadakı qoşunlarının nə vaxt çıxacağı, YPG/PKK terror təşkilatına verilən silahların nə vaxt və necə geri alınacağı kimi suallar hələ də cavabını gözləyir.

Pərvanə Ağazadə

AzNews.az