17 səlahiyyətli şəxs cəzalandırılıb 17 səlahiyyətli şəxs cəzalandırılıb

Vaxtı keçmiş peyvənd qalmaqal yaratdı - 17 səlahiyyətli cəzalandırıldı

17 səlahiyyətli şəxs cəzalandırılıb

Çinin Ciangsu əyalətində 145 uşağa istifadə tarixi keçmiş uşaq iflici peyvəndi vurulduğuna görə yüzlərlə insan etiraz aksiyası keçirib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aralarında peyvəndlərin vurulduğu uşaqların valideyninin də iştirak etdiyi aksiyada yüzlərlə insan Li Çınq xəstəxanası və yerli hökumət binalarının çevrəsində aksiya keçirib.

Cinhuda 3 ay ilə 4 yaş arasında olan 145 uşağa istifadə tarixi keçmiş peyvəndlərə görə təşkil olunan aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Həmin peyvəndlərə görə 17 səlahiyyətli şəxs cəzalandırılıb.

Pərvanə Ağazadə
AzNews.az