Hazırda yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri davam etdirilir. Hazırda yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri davam etdirilir.

Meşə yanğınında 30 yanğınsöndürən itkin düşdü

Hazırda yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri davam etdirilir.

Çində dağlıq ərazidəki meşədə baş verən yanğını söndürməyə cəlb olunmuş 30 yanğınsöndürən itkin düşüb.

Martın 30-da Siçuan vilayətində dəniz səviyyəsindən 3800 metr yüksəklikdə yerləşən meşədə başlayan yanğını söndürməyə 700 nəfərə yaxın canlı qüvvə, helikopterlər cəlb olunub. Küləkli hava şəraiti yanğının güclənməsinə və daha geniş əraziyə yayılmasına səbəb olub. Yerli hökumətin məlumatına əsasən itkin düşən yanğınsöndürənlərlə əlaqə martın 31-də kəsilib.

Hazırda yanğının söndürülməsi və itkin düşənlərin axtarış işləri davam etdirilir.(AZƏRTAC)

AzNews.az