Ukrayna Nazirlər Kabineti əhali üçün sabit qaz qiymətlərini ləğv edib. Ukrayna Nazirlər Kabineti əhali üçün sabit qaz qiymətlərini ləğv edib.

Ukrayna sabit qaz qiymətlərini ləğv etdi

Ukrayna Nazirlər Kabineti əhali üçün sabit qaz qiymətlərini ləğv edib.

RİA "Novosti" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Vladimir Qroysman bildirib.

Eyni zamanda onun sözlərinə görə, qiymət artırılmayacaq.

"Hesab edirəm ki, qazın qiymətini "Naftoqaz"ın ixtiyarına buraxmağın vaxtı çatıb. Bu gün qəbul edilən qərar "Naftoqaz"a 1 kubmetr qaz üçün 8,55 qrivendən aşağı qiymətlər təyin etmək hüququ verir, ancaq heç bir halda bundan yüksək qiymət ola bilməz", - V.Qroysman deyib.

Daha əvvəl Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimir Lanovoy "Naftoqaz"ın olduğu müddətdə ölkədə qazın qiymətinin aşağı salınmasının mümkün olmadığını bildirib. Lanovoy qeyd edib ki, "Naftoqaz" Ukraynanın qaz bazarında inhisarçıdır. Sabiq nazirin sözlərinə görə, dövlət qaz şirkəti üçün yanacağı hansı ölkədən almağın heç bir fərqi yoxdur.(report.az)

AzNews.az