Yeni Zelandiyada terror aktı törədən şəxsin məhkəməsi başlayıb. Yeni Zelandiyada terror aktı törədən şəxsin məhkəməsi başlayıb.

Yeni Zelandiyada terror aktı törədən şəxs məhkəmə qarşısında

Yeni Zelandiyada terror aktı törədən şəxsin məhkəməsi başlayıb.

Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən iki məscidə silahlı hücum edərək 50 nəfəri qətlə yetirən və daha 50 insanı yaralayan Brenton Tarrantın məhkəməsi başlayıb.

Ölkənin ən yüksək təhlükəsizlik qaydalarının tətbiq edildiyi cəzaçəkmə müəssisəsi olan Auxlənd həbsxanasında biradamlıq kamerada saxlanılan terrorçu məhkəməyə videogörüntü vasitəsilə qatılıb. Məhkəməyə yerli müsəlman vətəndaşlarla bərabər yüksək vəzifəli şəxslər və xarici ölkələrdən olan jurnalistlər də böyük maraq göstəriblər.

Kraystçörç Ali Məhkəməsinin hakimi Kameron Mander 50 cinayətdə və 39 cinayətə təşəbbüs cəhdində ittiham olunan terrorçunun iyunun 14-də keçiriləcək növbəti məhkəmə iclasınadək Auxlənd həbsxanasında saxlanmasına qərar verib. Eyni zamanda, Brenton Tarrantın ittihama hazır olub-olmadığını müəyyən etmək üçün onun psixi sağlamlığının qiymətləndirilməsinin də aparılması qərara alınıb.(AZƏRTAC)

AzNews.az