Hazırda hadisə yerində xilasedicilər çalışır Hazırda hadisə yerində xilasedicilər çalışır

Hindistanda su bəndi dağıldı - Ölənlər var

Hazırda hadisə yerində xilasedicilər çalışır

Hindistanın Maxaraştra ştatında Tivare su bəndinin dağılması ağır fəsadlara yol açıb.

Azı 2 nəfərin öldüyü, 20-dən çox şəxsin isə itkin düşdüyü bildirilir. Su bəndinə yaxın 12 evin də tamamilə dağıldığı qeyd edilir.

Hazırda hadisə yerində xilasedicilər çalışır, itkin düşmüş şəxslərin axtarışı istiqamətində iş aparılır.

Qeyd edək ki, son günlər yağan musson yağışları ölkə ərazisində çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Su bəndində qəzanın bu səbəbdən baş verməsi ehtimal edilir.(trend.az)

AzNews.az