- Dünyanın halı
- 8 İyul 2019 09:18
- 1 545
Terrorçular 10 nəfəri edam etdilər
Edamlar ölkənin cənubunda həyata keçirilib
Somalidə "Əş-Şabab" terror qruplaşmasının üzvləri ötən həftə ərzində ən azı 10 nəfəri casusluqda şübhəli bilərək edam ediblər.
Bu barədə “RFİ”nin Afrika bölməsi məlumat yayıb. Qeyd olunub ki, 3 iyul tarixində yaraqlılar 5 nəfəri Somali, Keniya və Amerika lehinə casusluqda ittiham edərək qətlə yetiriblər.
Növbəti gün isə daha beş nəfəri edam ediblər. Edamlar ölkənin cənubunda, terrorçu qurplaşma üzvlərinin daha çox olduğu ərazilərdə həyata keçirilib.(report.az)
AzNews.az