- Dünyanın halı
- 6 Avqust 2019 18:01
- 2 264
"Taliban" Əfqanıstan prezidentinin birinci müavininin əyalətində qəsəbəni ələ keçirib

“Taliban” hərəkatı Əfqanıstanın şimalında Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətinin Xumab qəsəbəsini ələ keçirib
Bu barədə Cauzcan əyaləti üzrə təhlükəsizlik qüvvələri əlaqələndirmə mərkəzinin rəhbəri Məhəmməd Zahirbildirib.
“Hazırda Cauzcan əyalətində “Taliban”ın 123 müxtəlif dəstəsi fəaliyyət göstərir və ümumi sayı 1,5 min nəfərə çatır. Onlar müxtəlif terror hücumları həyata keçirirlər”, - deyə o vurğulayıb.
Məlumata əsasən, “Taliban” hərəkatı Əfqanıstan ərazisinin yarısına nəzarət edir.
Cauzcan Əfqanıstan prezidentinin birinci müavini Əbdül Rəşid Dustumun doğma əyalətdir. O, iyulun 10-da bölgəyə səfər edərək yerli sakinlər və güc strukturlarının əməkdaşları ilə görüşüb.
Xatırladaq ki, ABŞ-ın prezidentinin xüsusi nümayəndəsi Zalmay Xəlilzad Qətərdə “Taliban” hərəkatı ilə keçirilən görüşdə “çox böyük uğur əldə edildiyini” deyib. (Report)