Dünyanın 500 ən zəngin insanı arasında 23-ü rusiyalıdır Dünyanın 500 ən zəngin insanı arasında 23-ü rusiyalıdır

Vahid Ələkbərov Rusiyanın ən zəngin üçüncü adamı oldu

Dünyanın 500 ən zəngin insanı arasında 23-ü rusiyalıdır

Bu ilin yanvar-sentyabr aylarında ən zəngin rusiyalıların ümumi sərvəti 37,12 milyard dollar artıb.

Bu barədə AzNews.az “Bloomberg Billionaires Index” reytinqinin məlumatlarına əsasən xəbər verir.

Reytinqin birinci pilləsini “Nornikel” in əsas sahiblərindən olan Vladimir Potanin qoruyub-saxlayıb, belə ki, onun sərvəti ilin əvvəlindən 6,72 mlrd dollar artaraq 26,3 mlrd dollara çatıb.

İkinci yerdə “Novateka”nınn həmtəsisçisi Leonid Mixelson qərarlaşıb. Onun sərvəti son yarım il ərzində 4,5 mlrd dollar artaraq 23,9 mlrd dollar olub.

“Lukoil”in həmtəsisçisi Vahid Ələkbərov isə bu dəfə beşinci yerdən (bir ay əvvəl) üçüncü pilləyə qədər irəliləyib. Onun kapitalı 4,33 milyard dollar artaraq 20,4 milyard dollara çatıb.

Qeyd edək ki, dünyanın 500 ən zəngin insanı arasında 23-ü rusiyalıdır.

AzNews.az