- Dünyanın halı
- 8 İyun 2020 16:00
- 2 261
İranda daha 70 nəfər koronavirusdan ölüb
2 619 nəfərin vəziyyəti ağırdır
İranda ötən sutka ərzində daha 70 nəfər koronavirusdan (COVID-19) ölüb.
Məlumata görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 8 351 nəfərə yüksəlib.
Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 043 nəfər koronavirusa yoluxub. Bununla da indiyədək İranda virusa yoluxanların sayı 173 832 nəfərə çatıb. Virus daşıyıcılarından 2 619 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi İranda indiyədək 136 360 nəfərin koronavirusdan sağaldığını deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,1 milyondan çox test həyata keçirilib. (Trend)
AzNews.az