ATƏT-in yeni Baş katibi məlum oldu

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama açıqlama verib

“Helqa Şmid ATƏT-in yeni baş katibi olacaq”.

AzNews.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama açıqlama verib.

“Yeni rəhbərlərin təyinatı üçün hər şeyimizin hazır olmasına görə şadam. Baş katib Helqa Şmid, DTİHB Direktoru Matteo Mekaççi, Media Azadlığı üzrə Nümayəndə Tereza Ribeyru, Kayrat Abdrəhmanov - ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı”,- deyə Edi Rama bildirib.

Qeyd edək ki, alman diplomat Helqa Şmid 2016-cı ildən etibarən Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi olub. Bundan əvvəl o, eyni qurumda baş katibin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb və bu rolda İranla nüvə razılaşması mövzusunda danışıqlar aparıb.