- Dünyanın halı
- 1 Yanvar 2021 23:29
- 3 967
Almaniyada məscidə ikinci dəfə hücum olundu
Həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi
2021-ci ilin ilk günü Almaniyada məscidə hücum olunub.
AzNews.az xəbər verir ki, ölkənin Baden-Württemberg əyalətindəki Sontheim qəsəbəsində Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı Fatih Məscidinə ziyan vurulub.
Naməlum şəxslər məscidin qarşısındakı taxta dəzgahla pəncələri sındırıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, həmin məscidə 18 dekabrda hücum olunmuş, divarına xaç işarəsi həkk edilmişdi.