İsrail səfirliyi yaxınlığında partlayış

Partlayışa az gücə malik olan əldəqayırma partlayıcı qurğu səbəb ola bilər

Hindistanın paytaxtı Yeni Dehlinin mərkəzindəki İsrail səfirliyinin yaxınlığında partlayış baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı polis orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayışa az gücə malik olan əldəqayırma partlayıcı qurğu səbəb ola bilər. Ölən və yaralananlar barədə hələlik məlumat yoxur, hadisə baş verən ərazi polis tərəfindən mühasirəyə alınıb.

Partlayış Hindistan prezidenti Ram Nath Kovind, baş naziri Narendra Modi və digər yüksək çinli dövlət məmurlarının Hindistanın Respublika Günü ilə əlaqədar keçirilən təntənəli mərasimlərin sona çatması münasibətilə təşkil edilən mərasimə toplaşdığı Vicay Çouk Meydanından iki kilometrdən az məsafədə baş verib.

“Reuters” agentliyi İsrail rəsmiləri arasındakı mənbəyə istinadən bildirib ki, rəsmi Təl-Əviv baş verən hadisəni terror aktı kimi qiymətləndirir. Öz növbəsində, İsrailin dövlət radiostansiyası olan “Kan” İsrail və Hindistandakı mənbələrə istinadən hadisənin təhlükəsizlik sferasında İsrail səfirliyinə qarşı yönəlmiş insident kimi şərh olunduğunu bildirib. İsrailin dünyadakı nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunur