- Dünyanın halı
- 10 İyun 2022 22:10
- 4 673
Çinin müdafiə naziri Tayvanı müharibə ilə hədələyib
“Əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə..."
Tayvan müstəqilliyini elan edəcəyi təqdirdə, Pekin müharibəyə başlamaqdan çəkinməyəcək.
Aznews.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Çinin müdafiə naziri amerikalı həmkarı ilə Sinqapurda keçirilən müdafiə sammiti çərçivəsində ilk üz-üzə danışıqlarında deyib.
“Əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, Çin ordusu nəyin bahasına olursa olsun, mütləq müharibəyə başlamaqdan çəkinməyəcək”, - Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian müdafiə naziri Vey Fenqenin Lloyd Ostinlə görüşü zamanı söylədiyi sözlərdən sitat gətirib.
Çin Müdafiə Nazirliyinin rəsmisinin sözlərinə görə, nazir həmçinin bəyan edib ki, Pekin Tayvanın müstəqilliyi ilə bağlı istənilən planını darmadağın edəcək və vətənin birləşməsini qətiyyətlə dəstəkləyəcək.
Görüşdən sonra Çin Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, ABŞ yenidən Tayvana silah satışını elan edib, bu da Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur. Çin buna qəti şəkildə qarşı çıxır və kəskin şəkildə pisləyir.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi isə görüşlə bağlı şərhində bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostin çinli həmkarı general Vey Fenqenə bildirib ki, ABŞ özünün Vahid Çin siyasətinə sadiqdir, lakin o, Çin ordusunun regionda getdikcə aqressiv, təhlükəli və qeyri-peşəkar hala gəldiyi barədə xəbərdarlıq edib.