- Dünyanın halı
- 6 Avqust 2022 17:11
- 7 322
Ağ Evin yaxınlığına düşən ildırımda 3 nəfər həyatını itirib

"Qəlbimiz yaxınlarını itirən ailələrlə birlikdədir"
Ötən gün ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığındakı Lafayette Parkına düşən ildırım nəticəsində 3 nəfər yaralanıb. Parkda olanlardan 2-si qadın, 2-si kişi olmaqla 4 nəfər aparıldıqları xəstəxanada müalicə edilərkən, 3-ü edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Aznews.az xarici mətbuata istinadən, ölənlərin 76 yaşlı Ceyms Müller, 75 yaşlı Donna Müller və 29 yaşlı bir kişi olduğunu xəbər verir. Yaralanmış digər qadının isə vəziyyəti ağır olaraq qiymətləndirilir. Ağ Evin Sözçüsü Karine Jean-Pierredə verdiyi açıqlamada, "Lafayette Parkındakı ildırım vurmasından nəticələnən insan itkisinə görə təəssüf hissi keçiririk. Qəlbimiz yaxınlarını itirən ailələrlə birlikdədir" deyib.