Böyük Britaniya rəsmi olaraq CPTPP-yə qoşulur

Böyük Britaniya rəsmi olaraq Asiya-Sakit Okean ticarət bloku olan CPTPP-yə üzv olmaq qərarına gəlib.

Aznews.az xəbər verir ki, Böyük Britaniyanın 11 üzvdən ibarət Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (CPTPP) rəsmi qoşulması ilə bağlı danışıqlar yekunlaşıb.

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok Twitter hesabında Böyük Britaniyanın CPTPP-də rəsmi iştirakı ilə bağlı danışıqların başa çatdığını elan edərək: "Dinamik Hind-Sakit Okean regionu ilə ticarətimizi artırmaq Böyük Britaniya biznesi üçün əla xəbərdir " -deyə qeyd edib.

CPTPP-nin 11 üzvünə Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir.

Qeyd edək ki, Böyük Britaniyanın CPTPP-də iştirakı ilə bağlı danışıqlar iki ilə yaxındır ki, davam edir. Britaniya Parlamenti və digər üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra Böyük Britaniya CPTPP-nin 12-ci üzvü olacaq.

Mövsüm