Cənubi Koreyada avtobus sürücüləri tətilə başlayıblar

Cənubi Koreyanın Çanqvon şəhərində avtobus sürücüləri maaşların artırılması və pensiya yaşının artırılması tələbi ilə tətilə başlayıblar.

Aznews.az xəbər verir ki, Yonhap-ın xəbərinə görə, maaş danışıqlarından istənilən nəticə alına bilmədiyi üçün 9 şirkətin həmkarlar ittifaqı şuraları yerli vaxtla saat 05.00-da tətilə başlayıb.

Avtobus sürücüləri maaşlarının 7,4 faiz artırılmasını, pensiya yaşının 65-ə qaldırılmasını tələb ediblər.

Tərəflər maaşların 3,5 faiz artırılması ilə bağlı razılığa gəlsələr də, uzun danışıqlardan sonra digər məsələlərdə razılığa gələ bilməyiblər.

Mövsüm