Latviyanın xarici işlər naziri Rinkeviçs ölkənin yeni prezidenti olur

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç prezident seçkilərində birinci olub.

Aznews.az xəbər verir ki, hər üç turun eyni gündə keçirildiyi və üç namizədin mübarizə apardığı seçkidə Rinkeviç Latviyanın yeni prezidenti seçilib.

Prezident olmaq üçün parlamentdəki 100 deputatdan ən az 51-nin səs verməsi lazım olan seçkidə ilk turda Uldis Pilens 25, Rinkeviçs 42 və Elina Pinto 10 səs toplayıb. İkinci turda namizədlər eyni sayda səs toplayıblar.

İkinci turdan sonra namizədlərin sayı ikiyə enib. Üçüncü turda Rinkeviç 52, Pilens isə 25 səs toplayıb.

Beləliklə, Rinkeviçs seçkidə qalib gələrək Latviyanın yeni prezidenti olub.

Latviyanın hazırkı prezidenti Egils Levits Twitter hesabında paylaşım edərək, "Növbəti prezident Edqars Rinkeviçləri təbrik edirəm. Ölkəmizin və millətimizin gələcəyi üçün Prezidentimizin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, növbəti 4 il üçün Latviya etibarlı əllərdə olacaq”,- deyə bildirib.

Qeyd edək ki, Latviya prezidenti Levitsin səlahiyyət müddəti iyulun 8-də başa çatacaq.

Mövsüm