Mozambik Rusiyanın sülh təşəbbüsləri ilə bağlı mövqeyini alqışlayır

Mozambik prezidenti Ukrayna münaqişəsinin həlli üçün dinc təşəbbüslərlə bağlı Rusiyanın mövqeyini alqışlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Mozambikin ictimai işlər, tikinti və su ehtiyatları naziri Karlos Meskita Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Mozambik prezidenti Filipe Nyusi arasında danışıqların yekunlarına dair bildirib.,

“Mozambik prezidenti Ukrayna münaqişəsinin həlli üzrə dinc təşəbbüslərlə bağlı Rusiyanın mövqeyini, xüsusən də Çinin təşəbbüsünü alqışlayıb və münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bildirib və sülhün bərqərar olması üçün birbaşa dialoqun zəruriliyini vurğulayıb",-deyə Meskita qeyd edib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri çərşənbə axşamı axşam saatlarında Maputoya gəlib. Bundan əvvəl Lavrov bu il üçüncü Afrika turnesi çərçivəsində Keniya və Burundiyə səfər edib.

Mövsüm