Almaniya Rusiyadan ölkədəki 4 baş konsulluğunun bağlanmasını tələb edir

Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.

Aznews.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Berlində keçirilən mətbuat konfransında Rusiyanın aprel ayında Rusiyada alman personalının mövcudluğunu 350 ilə məhdudlaşdırmaq qərarına gəldiyini bildirərək, bu sayı səfirlik və konsulluqlarda çalışanlarla yanaşı, məktəbləri və Rusiyadakı Höte İnstitutunun alman dilində çalışanlarının da olduğunu bildirib.

“Rusiya hökumətinin gərginliyi artıracaq addım atdığını” vurğulayan Burger bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə əhəmiyyətli ixtisarlara getməyə məcbur etdiyini qeyd edib.

Mövsüm