Britaniya Ukraynaya Martlet raketləri bağışlayıb

Böyük Britaniya Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün Ukraynaya əlavə sayda çoxməqsədli Martlet raketləri təhvil verib.

Aznews.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Böyük Britaniya səlahiyyətliləri Martlet raketlərinin tədarükü ilə bağlı rəsmi açıqlama verməsələr də, onların istifadəsi ilə bağlı ilk qeydlər 2022-ci ildə ortaya çıxıb.

Həmçinin bildirək ki, Martlet raketləri lazerlə idarə olunur və uçuş sürəti 1,5 Mach təşkil edir. Onlar İrlandiyanın şimalında Belfastda yerləşən "Thales" zavodunda istehsal olunur.

Mövsüm