Mirziyoyev Özbəkistanın 2026-cı ildə “Gələcəyin Oyunları”na ev sahibliyi etməyə hazır olduğunu bəyan edib

Rusiya və Qazaxıstandan sonra Özbəkistan 2026-cı ildə “Gələcəyin Oyunları”na ev sahibliyi etməyə hazırdır.

Bu barədə turnirin açılış mərasimində ölkə prezidenti Şavkat Mirziyoyev məlumat verib.

O, Rusiya lideri Vladimir Putini bu təşəbbüsü münasibətilə təbrik edib.

Onun sözlərinə görə, bu, qlobal idman ictimaiyyətində ilk dəfədir baş verir və bu, yeni istiqamətdir.

"Biz düşünürük ki, bütün həmkarlarım yavaş-yavaş razılaşacaqlar: növbəti dəfə Qazaxıstanda, 2026-cı ildə isə sizi Özbəkistanda qəbul etməyə hazırıq", - Mirziyoyev bildirib.

Mövsüm

Aznews.az