Türkiyə Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Türkiyə Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə Niderlandın baş naziri Mark Ruttenin namizədliyini dəstəkləyib.

Bu barədə "NOS" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rutte ötən həftə Türkiyəyə səfər edib və orada prezident Rəcəb Tayyib Ərdoğanla danışıb.

“Türkiyə hələ Rutteyə dəstək ifadə etməyən son dörd NATO ölkəsindən biri idi. Türkiyənin öhdəliyi Ruttenin NATO-nun baş katibi olmaq axtarışında mühüm addımdır”, - kanal qeyd edib.

Mövsüm

Aznews.az