Borrell may ayında bir sıra Aİ ölkələrinə Fələstin dövlətini tanımağa icazə verib

Aprelin 29-da Ər-Riyadda keçirilən Ümumdünya İqtisadi Forumunun iclası ərəfəsində Aİ-nin xarici siyasət rəhbəri Cozef Borrell bildirib ki, may ayının sonuna qədər bir neçə Avropa İttifaqına (Aİ) üzv ölkə Fələstin dövlətini tanıya bilər.

“Aİ-yə üzv olan bir neçə dövlətin may ayının sonuna kimi Fələstinin dövlətçiliyini tanıması gözlənilir”, - deyə yüksək səviyyəli diplomat bildirib.

Borrell konkret ölkələrin adını çəkməyib.

Hazırda Aİ-nin doqquz üzvü Fələstini tanıyır, onlardan səkkizi bunu birliyə qoşulmazdan əvvəl də tanıyıb.

Mövsüm

Aznews.az