Rəfahda binanın partladılması nəticəsində 4 İsrail əsgəri həlak olub

Qəzza zolağının cənubundakı Rəfah şəhərində binanın partladılması nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) 4 əsgəri həlak olub, 7 əsgər isə yaralanıb.

Bununla da Fələstinin Həmas hərəkatı ilə qarşıdurma başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 300-ə çatıb.

Bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.

İsrail hərbçiləri qeyd ediblər ki, partlayış yalnız iki əsgər binaya daxil olduqdan və ikinci mərtəbəyə qalxmağa başlayandan sonra baş verib. Onlar bildiriblər ki, dağılan binanın dağıntıları bölmənin digər əsgərlərinin üzərinə düşüb.

Mövsüm

Aznews.az