LSM: Latviya Belarusla sərhəddə qoruyucu hasarların tikintisini başa çatdırıb

Latviya Latviya-Belarus sərhədi boyunca təxminən 145 km uzunluğunda hasarın tikintisini başa çatdırıb.

Bu barədə LSM televiziya şirkəti daşınmaz əmlakın idarə edilməsi ilə məşğul olan Dövlət Əmlak Şirkətinə istinadən məlumat yayıb.

“Latviya-Belarus sərhədi boyunca hasarın tikintisi başa çatıb. Bu ilin sonuna kimi sərhədin bütün 173 kilometr uzunluğunda, o cümlədən patrul yolları boyunca piyada körpüləri və sərhədi qorumaq üçün lazım olan digər zəruri infrastrukturun tikintisi davam etdiriləcək”.

Bildirilir ki, hazırda Dauqava, eləcə də hasarların çəkilməsi nəzərdə tutulmayan Riçu gölünün yaxınlığında infrastrukturun tikintisi davam edir.

Mövsüm

AzNews.az