- Dünyanın halı
- 1 Avqust 2024 19:17
- 4 954
Livan parlamentinin sədri: Livan müharibə istəmir, lakin özünü müdafiə etməyə hazırdır

Livan parlamentinin sədri Nebih Berri ölkəsinin müharibə istəmədiyini, lakin özlərini müdafiə etməyə hazır olduqlarını bildirib.
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə,Nebih Berri Beyruta gələn İngiltərə xarici işlər naziri David Lammy və müdafiə naziri Con Hilini "Ayn Tinne" iqamətgahında qəbul edib.
Berri və Britaniya nazirləri İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında son vaxtlar artan gərginliyi müzakirə ediblər.
Berri, "Livan müharibə istəmir, eyni zamanda özünü müdafiə etməyə hazırdır" ,-deyə qeyd edib.
İsrailin Beyrut və Tehranda törətdiyi sui-qəsdlərə toxunan Berri, "İsrailin son zamanlar bütün təklifləri rədd etməsi, döyüş qaydalarını pozması və sui-qəsd siyasətində israr etməsi regionu ağır nəticələrə səbəb olacaq təhlükələrə doğru sürükləyəcək" ,-deyə xəbərdarlıq edib.
Berri BMT Təhlükəsizlik Şurasının İsrail və Livan arasında sərhəd təhlükəsizliyini təmin edən 1701 saylı qətnaməsinin həyata keçirildiyi ilk gündən ona sadiq olduqlarını bildirib.
Mövsüm
AzNews.az