İsraildə 2 min hektardan çox meşə sahəsi yanıb

İsraildə Qüds yaxınlığında baş verən böyük yanğın nəticəsində 2000 hektardan çox meşə sahəsi yanıb.

Bu barədə “The Times of Israel” internet qəzeti ölkənin milli parklarına nəzarət edən Yəhudi Milli Fonduna istinadən məlumat yayıb.

Məqalədə deyilir: “Qüds ətrafında davam edən yanğınlar nəticəsində təxminən 20 000 dunam (2023,4 hektar – Red.) meşə sahəsi məhv olub”.

Nəşrin məlumatına görə, alova bürünən ərazilər arasında ən çox zərər çəkən böyük Kanada parkı olub.

Mövsüm

Aznews.az