- Dünyanın halı
- 20:09
- 1 001
Pakistan Kəşfiyyat İdarəsinin rəisi Malik milli təhlükəsizlik müşaviri təyin edilib

Xidmətlərarası Kəşfiyyatın (ISI) baş direktoru general-leytenant Məhəmməd Asim Malik Pakistanın milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.
Bu barədə "Indian Express" məlumat yayıb .
"Hindistanla artan gərginlik fonunda Pakistan ISI-nin hazırkı rəhbəri general-leytenant Məhəmməd Asim Maliki yeni milli təhlükəsizlik müşaviri təyin edilib", - məlumatda deyilir.
General-leytenant Məhəmməd Asim Malik milli təhlükəsizlik müşaviri təyin edilən ilk kəşfiyyat rəisi olub.
Mövsüm
Aznews.az