Keniya Polisi: Millət vəkilinin öldürülməsi əvvəlcədən planlaşdırılıb

Keniyalı deputat Çarlz Onqondo Nayrobidə sui-qəsd nəticəsində öldürülüb.

Bu barədə “Star” qəzeti Milli Polis Xidmətinə istinadən məlumat yayıb.

Departamentin sözçüsü Muçiri Nyaqa tərəfindən yayılan bəyanatda deputatın aprelin 30-da axşam saatlarında güllələnərək öldürüldüyü təsdiqlənib.

Polisin məlumatına görə, Bakı vaxtı ilə saat 20:30 radələrində məmurun olduğu avtomobil işıqforun qırmızı işığında dayanıb. Hadisə şahidlərinin sözlərinə görə, arxa oturacaqda sərnişini olan motosiklet yaxınlıqda dayanaraq maşının qapısına atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Mövsüm

Aznews.az