Yaponiyada avtomobil qəzasında iki uşaq xəsarət alıb

Yaponiyada avtomobilin bir qrup məktəblini vurması nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə mayın 2-də NHK telekanalı məlumat yayıb .

Bildirilib ki, insident Qunma prefekturasının Kiryu şəhərində baş verib.

"İki ibtidai sinif şagirdini məktəbə gedərkən onları avtomobil vurub. Polisin məlumatına görə, hər ikisi xəstəxanaya aparılıb, lakin onların xəsarətləri yüngül olub", - nəşr yazır.

Mövsüm

Aznews.az