- Qərb
- 2 May 17:38
- 2 722
Le Monde: Roma Makronu Papanın seçilməsinə təsir etmək cəhdində şübhələnir

Fransa prezidenti Emmanuel Makron mərhum Papa Fransiskə yaxın olan Sant'Egidio katolik hərəkatı ilə əlaqələr vasitəsilə papa taxtına "öz" namizədini irəli sürməyə cəhd etməkdə şübhəli bilinir.
Bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, müzakirəyə səbəb Fransa liderinin kardinallar və Romadakı Sant'Egidio rəhbəri ilə Fransiskin ölümündən sonra baş verdiyi iddia edilən görüşlər olub.
Müzakirələrin hərəkatın mümkün namizədi, kardinal Matteo Mariya Zuppi ilə bağlı olduğu, onun mövqeyinin baş nazir Giorgio Melonun rəhbərlik etdiyi İtaliya hökumətinin kursuna zidd olduğu bildirilir. Bu, Makronun hərəkətlərini katolik kilsəsinin daxili işlərinə qarışmaq və yeni pontifikin seçilməsinə təsir etmək cəhdi kimi qiymətləndirən İtaliya hakimiyyətinin narahatlığına səbəb olur.
Mövsüm
Aznews.az