İspaniya və Portuqaliyanın ardınca İndoneziyada qaranlığa qərq oldu

İndoneziyanın Bali adasında təxminən 4 saat davam edən güclü elektrik kəsilməsi baş verib.

Bu barədə bölgənin enerji xidmətlərinə istinadən yerli “Detikbali” nəşri məlumat yayıb .

İlkin məlumata görə, nasazlığa səbəb sualtı kabelin zədələnməsi olub.

"Hazırda, həqiqətən də, nasazlıqlar səbəbindən elektrik kəsilməsi var. Hazırda hər şeyi bərpa edirik",- deyə elektrik enerjisi xidmətinin ictimaiyyətlə əlaqələr departamentinin sözçüsü Anom Silaparta bildirib.

Mövsüm

Aznews.az