- Qərb
- 2 May 21:51
- 3 630
Krallıqdan getdi, müdafiə azaldı: Şəhzadə Harrinin iddiası rədd edildi

Böyük Britaniya Ali Məhkəməsi şahzadə Harrinin krallıq vəzifələrindən getdikdən sonra onun təhlükəsizlik səviyyəsini azaltmaq barədə hökumətin qərarını dəstəkləyərək onun iddiasını rədd edib.
Bu barədə "Guardian" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, daimi təhlükəsizlik əvəzinə keçmiş Sasseks hersoqunun ailəsi fərdi yanaşma ilə təmin olunacaq: Böyük Britaniyaya hər səfərdən əvvəl Harri 30 günlük bildiriş göndərməli olacaq, bundan sonra təhlükə səviyyəsi qiymətləndiriləcək.
Şahzadənin vəkilləri onun Britaniya səlahiyyətliləri tərəfindən "əsassız rəftara" məruz qaldığını və təhlükəsizlik şərtlərinin dəyişdirilməsinin "xaricə köçdükdən və rəsmi statusundan imtina etdikdən sonra" onun və ailəsinin həyatını riskə atdığını iddia ediblər.
Mövsüm
Aznews.az