- Dünyanın halı
- 2 May 19:57
- 1 870
Livandan Həmas-a xəbərdarlıq: Regionda sabitliyi pozmayın

Livan prezidenti Cozef Aun Fələstinin radikal HƏMAS hərəkatını regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətlərə qarşı xəbərdarlıq edib.
“Biz HƏMAS-a Livan ərazisindən milli təhlükəsizliyimizi təhdid edən hücumlar təşkil etmək üçün istifadə etməməsi barədə xəbərdarlıq edirik”, o, ölkənin Ali Müdafiə Şurasının iclasında deyib.
“Livan regionda sabitliyi pozmaq üçün platforma rolunu oynamamalıdır”.
Livan hakimiyyəti "ölkəni müharibəyə sürükləyən heç bir hərəkətlə barışmayacaq", - onun mətbuat xidməti onun sözlərindən sitat gətirib.
Mövsüm
Aznews.az