Vanuatu Respublikası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Vanuatunun Tanna adasının cənub sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytındakı məlumat verilib.

Qeyd olunur ki, zəlzələnin episentri 35,9 min nəfərin yaşadığı Port Vila şəhərindən 272 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı təxminən 109 km dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Mövsüm

Aznews.az