Hindistanda qatarın aşması nəticəsində 6 nəfər ölüb

Hindistanın Maharaştra ştatında hərəkətdə olan qatardan yıxılaraq azı altı nəfər ölüb, bir o qədər də yaralı var .

İnsident Mumbaydan Laknova gedən "Pushpak Express" qatarında Diva və Kopar stansiyaları arasında baş verib. Bildirilir ki, vaqonların qapılarında adamlar olan qatarda sıxlıq olub. Polis sözçüsü bütün yaralıların xəstəxanaya aparıldığını, onlardan 6-nın dünyasını dəyişdiyini bildirib.

Hindistan Dəmir Yolu Nazirliyi əlavə edib ki, həddindən artıq sıxlığın səbəbi ölkədəki sərnişin sıxlığı və qeyri-adekvat nəqliyyat infrastrukturu olub. Nazirlik bildirib ki, hadisədən sonra Mumbay şəhərətrafı qatarlarda avtomatik bağlanan qapılar quraşdırılacaq.

Mövsüm

Aznews.az