"2019 gəlsin, bəlkə nəsə edə bildik". "2019 gəlsin, bəlkə nəsə edə bildik".

Bəzi məmurlarımızı öyürük, bəzilərini söyürük - Nəsir Əhmədli

"2019 gəlsin, bəlkə nəsə edə bildik".

"Hər dəfə yeni il gələndə arzu edirik ki, növbəti ili zəbt olunmuş Qarabağımızda keçirək, amma heç nə dəyişmir".

Bunu AzNews.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru Nəsir Əhmədli dedi.

O, geridə qoyduğumuz 2018-ci ili dəyərləndirərkən bildirdi ki, uğurlarımız var, ölkədə sabitlikdir, abadlıq işləri aparılır, evlər tikilir, yollar çəkilir və s.

"Toy edirik, ad günləri keçiririk, bəzi məmurlarımızı öyürük, bəzilərini söyürük və beləcə illər bir-birini əvəz edir. İşğalda olan yurdlarımız, əsirlikdə olan insanlarımız isə bizi gözləməkdədir. 2019 gəlsin görək. Bəlkə nəsə edə bildik..." - deyə, N.Əhmədli qeyd etdi.

Elgün
AzNews.az