O, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək O, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək

AŞ PA prezidenti Azərbaycana gələcək

O, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

O, Bakıda Milli Məclisin sədri və xarici işlər naziri ilə görüşəcək, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin və Nizam-intizam komissiyasının, eləcə də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparacaq.

Bundan başqa, L.Mori Paskye sentyabrın 11-də Fransa-Azərbaycan Universitetində keçiriləcək, Avropa Şurasının 70 illiyinə həsr olunan “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” mövzsunda “dəyimir masa”da iştirak edəcək. (Trend)