Bu gün Azərbaycanda “Neftçilər günü” qeyd edilir Bu gün Azərbaycanda “Neftçilər günü” qeyd edilir

SOCAR-ın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün Azərbaycanda “Neftçilər günü” qeyd edilir

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər. (Report)