“Türkiyə, Azərbaycanda qal!” şüarı səsləndirilib “Türkiyə, Azərbaycanda qal!” şüarı səsləndirilib

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib

“Türkiyə, Azərbaycanda qal!” şüarı səsləndirilib

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

Məlumata görə, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib. (Trend)

AzNews.az