Ramazan bayramı bu gün bizim üçün xüsusən əlamətdardır Ramazan bayramı bu gün bizim üçün xüsusən əlamətdardır

“Bu gün yuxularımızın gerçəkləşdiyi gündür” - Hacı Şahin

Ramazan bayramı bu gün bizim üçün xüsusən əlamətdardır

“Əziz həmvətənlərimiz, bu gün Ramazan bayramıdır. Ramazan bayramı İslan dinində ən əlamətdar günlərdən biridir”

AzNews.az xəbər verir ki, bu barədə Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.

Onun sözlərinə görə, Ramazan bayramı bu gün bizim üçün xüsusən əlamətdardır:

“Bu gün bayram bayrama qarışıb. Çünki biz Şuşamızda bayram namazı qılırıq. Bu, böyük tarixi hadisədir. Uzun illər boyu bu günləri arzulamışıq. Bu günlərin həsrəti ilə yaşamışıq. Biz bu məscidlərdə ibadət eləmək arzusu ilə günlərimizi keçirmişik. Gecələr yuxumuzda bu məscidlərdə ibadət etdiyimizi görmüşük”.

Din xadimi bildirib ki, bu gün bu yuxunun gerçəkləşdiyi gündür:

“Bu gün Şuşa məscidində - yuxarı Gövhər Ağa məscidində Şuşaya xitabən belə deyirik: “Gözün aydın, əziz Şuşa! Artıq məscidlərindən azan səsləri gəlir. Artıq məscidlərində bayram namazı qılınır”.

Həqiqətən də, hissləri ifadə etmək mümkün deyil. Bu torpağa qədəm qoyan andan o qədər həyəcanlıyam ki, ömrümün sonuna qədər bu günü, bu anı unutmayacam. Biz bu gün burada bütün xalqımızın adından dualar etdik”.