Məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammla evlənən azərbaycanlı xanım Suada Hacızadə Prezident təqaüdçüsüdür Məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammla evlənən azərbaycanlı xanım Suada Hacızadə Prezident təqaüdçüsüdür

Vann Dammın azərbaycanlı gəlini kimdir?

Məşhur aktyor Jan Klod van Dammın oğlu Kris van Dammla evlənən azərbaycanlı xanım Suada Hacızadə Prezident təqaüdçüsüdür

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Hacızadə Suada Elxan qızı 24 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya gəlib. Musiqiyə marağını nəzərə alan valideynləri Suadanı 3 yaşından Uşaq Filarmoniyasına, Oqtay Zulfüqarovun rəhbərlik etdiyi ansambla gətiriblər. Oqtay Zulfüqarovun rəhbərliyi altında atılan ilk addımlar Suadanı Yasamal rayonundakı 16 saylı Uşaq Musiqi Məktəbinə gətirib çıxarıb. Burada isə Qara Qarayevin tələbələrindən biri olan Afa Fiqarova ilə fortepiano dünyasına Suada ilk addımlarını atıb.

İlk məktəb təhsilinə Bakı Avropa Liseyində başlayan Suada Hacızadə 2014-cü ilin may ayında Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı və Gənclər Fondunun dəstəyi ilə uşaq və gənclər üçün musiqi festivalı layihəsində Georgiy Şaroyev adına gənc pianoçuların ümümməktəb festivalında uğurlu cıxışına görə I dərəcəli diplomla təltif olunub. Eyni zamanda Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi çox saylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub.Əlavə edək ki, sosial şəbəkədə Van Damm ilə Suada Hacızadənin rəqs görüntüləri də yayılıb.