- Göz önü
- 13 May 2022 17:18
- 7 755
Azərbaycan Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olundu
Anar Bağırov Azərbaycan vəkillərini bu münasibətlə təbrik edib
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunub.
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
O, Azərbaycan vəkillərini bu münasibətlə təbrik edib.
"Bu gün İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası həmin təşkilata üzv qəbul olunub. Qeyd olunmalıdır ki, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan bütün ölkələrin vəkillər kollegiyalarını birləşdirən ən nüfuzlu təşkilatdır.
4 illik məhsuldar fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası CCBE tərəfindən müstəqil peşə birliyi olaraq rəsmən tanınıb və gərgin müzakirələrin nəticəsində böyük səs çoxluğu ilə təşkilata üzv qəbul olunub", - deyə sədr qeyd edib.