Elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur Elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur

Asif Əsgərli: "Elm və təhsil sahəsində dinamika müşahidə olunacaq"

Elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verərək qeyd edib ki, bu fərman elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, əlaqələndirmənin düzgün qurulması, optimalaşdırma baxımından mühüm əhəmiyyət daşıyır: “Cənab Prezidentin məlum Fərmanına əsasən Elm və Təhsil Nazirliyi yaradılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının isə bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Bütün bunlardan sonra elm və təhsil sahəsində idarəetmə yeni mexanizmlər əsasında həyata keçiriləcək. Bu da ölkə başçısının elm və təhsil sahəsindən apardığı islahatların tərkib hissəsi olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bundan sonra istər elm, istərsə də təhsil sahəsində dinamika və yenilklər müşahidə olunacaq”.

Asif Əsgərlinin fikrincə, məlum fərman elm və təhsilin inkişafına da öz təsirini göstərəcək: “Eyni zamanda beynəlxalq təcrübə artacaq. Elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur. Bu sahənin inkişafı elmlə təhsilin qarşılıqlı əlaqəsinə rəvac verəcək. Azərbaycanda uzun müddət elm sahəsində, elmi idarəetmə və elmi dayanıqlıqda bir durğunluq yaşanırdı. Bu da istər-istəməz ölkənin elmi potensialının inkişafdan geri qalmasına, müasir rəqabət qabiliyətinin zəif olmasına gətirib çıxarmışdı. Bütün bunları dəqiqliklə və peşəkarcasına qiymətləndirən ölkə Prezidenti belə bir önəmli və vacib fərmana imza atdı. Bu sənəd, eyni zamanda Azərbaycanda ali təhsil müəssisələrinin təhsil proqramları üzərində ənənəvi fəaliyyətlərini daha da genişləndirib elmi tədqiqat, araşdırma rolunu da artırmış olacaq. Düzdür, elmi əlaqələndirmə, elm sahəsində dövlət siyasətini, elm və təhsilin qarşılıqlı koordinasiyasını yeni nazirlik təşkil edəcək. Amma AMEA da qalacaq, yeni statusda, nizamnamədə, yeni cağırış və elmi tələblərə uygun fəaliyyət göstərəcək. Düşünürk ki, bundan sonra AMEA elimə yeni nəfəs gətirəcək”.