- Göz önü
- 29 Yanvar 2023 18:00
- 5 906
Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

“Misir münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.
Aznews.az xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.
“Sizinlə söhbət zamanı qeyd etdim ki, bizim Ermənistan-Azərbaycan münaqişəsi məsələsində neytral mövqeyimiz var. Bu mənada, əgər siz bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu üzərimizə götürməyimizi istəyirsinizsə, biz hazırıq” – deyə, o bildirib.