Növbəti əməliyyat dünən baş tutub Növbəti əməliyyat dünən baş tutub

Ərbildə türkiyəli diplomatı öldürən terrorçular zərərsizləşdirildi

Növbəti əməliyyat dünən baş tutub

İraqın Ərbil şəhərində Türkiyə Konsulluğunun əməkdaşına silahlı hücumu təşkil edən iki nəfər zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı ortaq şəkildə iki müxtəlif vaxtda əməliyyat keçirib.

İlk əməliyyat terror aktından bir gün sonra -18 iyulda həyata keçirilib və nəticədə PKK-nın bölgədəki liderlərindən biri olduğu bildirilən terrorçu məhv edilib.

Növbəti əməliyyat isə dünən baş tutub və daha bir PKK-lı terrorçu öldürülüb.

Xatırladaq ki, iyulun 17-də Ərbil şəhərindəki “Huqqabaz” restoranında törədilmiş terakt nəticəsində Türkiyənin Ərbildəki Konsulluğunun əməkdaşı Osman Köse şəhid olub, daha iki İraq vətəndaşı həlak olub.(qafqazinfo.az)


AzNews.az