Hərbi əməliyyat başladı - Ərdoğandan rəsmi açıqlama

"Məqsədimiz bölgəyə sülh gətirməkdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçirilməli olan hərbi əməliyyatı ilə bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, o, Suriyanın şimalında PKK və İŞİD-ə qarşı əməliyyata artıq start verildiyini bildirib.

"Türkiyə Silahlı Qüvvələrimiz Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı #BarışPınarıHərəkatına başlayıb. Məqsədimiz cənub sərhədlərimizdə yaratmağa çalışdıqları terror dəhlizini yox etmək və bölgəyə sülh gətirməkdir".

"Reuters"ın verdiyi xəbərə görə, hava hücumları top atışları ilə dəstəklənir. YPG/PKK-ya aid səngərlər, silah anbarları toplarla vurulmağa başlayıb.

Ərdoğanın CHP rəhbəri Kamal Qılıçdaroğluna, MHP rəhbəri Dövlət Baxçalıya və İYİ partiyasının rəhbəri Meral Akşənərə zəng edərək "Barış Pınarı Hərəkatı" ilə bağlı məlumat verdiyi deyilir.

Pərvanə

AzNews.az